...

Azərbaycanda yeni yaradılan Terminologiya Komissiyası ilə bağlı bir sıra qərarlar qəbul edilib

Cəmiyyət Materials 16 Yanvar 2013 13:40 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının müxtəlif sahələr üzrə bölmələrinin yeni tərkibi müəyyənləşib.
Azərbaycanda yeni yaradılan Terminologiya Komissiyası ilə bağlı bir sıra qərarlar qəbul edilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının müxtəlif sahələr üzrə bölmələrinin yeni tərkibi müəyyənləşib.

Komissiyanın sədr müavini Sayalı Sadıqova çərşənbə günü Trend-ə bildirib ki, TK-nın dünən keçirilən iclasında qurumun 17 bölməsinin hamısının sədrləri və üzvləri müəyyənləşdirilb. Bununla yanaşı, iclasda Terminologiya Komissiyasının orqanı olan "Terminologiya məsələləri" jurnalının redaksiya heyəti formalaşdırılıb. Komissiyanın www.azterm.az portalının fəaliyyətinin gücləndirilməsi qərarına gəlinib.

Sadıqova deyib ki, il ərzində iki dəfə yeni terminlər bülleteni nəşr ediləcək. Bu il ərzində Azərbaycanda Terminologiya Komisisyasının yaradılmasının 90 illiyi təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında yeni yaradılan Terminologiya Komissiyası Azərbaycanda elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti