...

Azərbaycanda elm və təhsil sahəsində bir sıra yeni qanunlar hazırlanır

Cəmiyyət Materials 30 Yanvar 2013 13:06 (UTC +04:00)
Azərbaycanda elm və təhsil sahəsində bir sıra yeni qanunlar hazırlanır.
Azərbaycanda elm və təhsil sahəsində bir sıra yeni qanunlar hazırlanır

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda elm və təhsil sahəsində bir sıra yeni qanunlar hazırlanır. Trend-in məlumatın görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev jurnalistlərə bildirib ki, "Ali təhsil haqqında", "Orta təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Orta ixtisas peşə təhsili haqqında" qanunlar, həmçinin təhsilin standartları ilə bağlı digər qanunlar qəbul ediləcək.

"Elm siyasəti haqqında" qanun qəbul edildikdən sonra elm və təhsilin vəhdəti təmin ediləcək. Bundan sonra digər törəmə qanunlar qəbul oluna bilər. Artıq bu qanun layihələri ilə bağlı işçi qrupları yaradılıb və bu qanun layihələri üzərində iş gedir", - deputat deyib.

O qeyd edib ki, "Elm siyasəti haqqında" qanun qüvvəyə mindikdən sonra bu işlər daha da sürətlənəcək.

"İndiyədək Azərbaycanda elmin statusu tam şəkildə müəyyənləşməyib, ayrı-ayrı qanunlarda öz əksini tapıb. "Elm siyasəti haqqında" qanun qəbul ediləndən sonra elmin maliyyələşdirilməsi və prioritet sahələrin müəyyən edilməsində problemlərlə üzləşməyəcəyik", - komitə sədrinin müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti