Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Tağıyeva/
İstanbulda üçüncü aeroportun istismara verilməsindən sonra Atatürk adına aeroport 11,7 min hektarlıq parka çevriləcək. Bunu İstanbulun meri Kadir Topbaş bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Habertürk" xəbər yayıb.
Beləliklə, İstanbulun yeni parkı dünyada ən iri şəhər parkı olacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, İstanbulda üçüncü aeroportun istismara verilməsindən sonra Atatürk adına aeroport bağlanacaq.
İstanbulda üçüncü hava limanı şəhərin şimalındakı Terkos gölü yaxınlığında tikiləcək. Hava limanının daşıma gücü ildə 150 milyon sərnişin təşkil edəcək.