...

Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib

Cəmiyyət Materials 20 Fevral 2013 12:47 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin iki maddəsinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin iki maddəsinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunmasını istəyib.

Mülki Məcəllənin 373.2-ci maddəsində deyilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

384.0.4-cü maddədə qeyd olunur ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddətinin şamil edilmədiyi tələblərə aiddir.

Müraciətə fevralın 28-də Konstitusiya Məhkəməsinin Plenumunun iclasında baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti