...

Təhsil Nazirliyi Bakının müəllimlərinə töhmət verib və xəbərdarlıq edib

Cəmiyyət Materials 1 Mart 2013 10:46 (UTC +04:00)
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146, elektron poçt ünvanı: [email protected]) daxil olan müraciətlərin araşdırılması nəticəsində Bakının 146 nömrəli tam orta məktəbin fizika müəlliminə töhmət verilib, 171 nömrəli məktəbin riyaziyyat müəlliminə isə xəbərdarlıq edilib.
Təhsil Nazirliyi Bakının müəllimlərinə töhmət verib və xəbərdarlıq edib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146, elektron poçt ünvanı: [email protected]) daxil olan müraciətlərin araşdırılması nəticəsində Bakının 146 nömrəli tam orta məktəbin fizika müəlliminə töhmət verilib, 171 nömrəli məktəbin riyaziyyat müəlliminə isə xəbərdarlıq edilib.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumatan görə, bu ilin yanvar ayında 658 müraciət daxil olub. Müraciətlərin 67-i şikayət xarakterli olub.

Yanvar ayında "Qaynar xətt" xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 47 şikayət qəbul edilib. Bakı şəhərindən 23, Sumqayıt şəhərindən 2, Gəncə şəhərindən 2, Qəbələ rayonundan 4, Biləsuvar, Şəki, Gədəbəy, Lerik rayonlarının hər birindən 2, Qusar, Ağcabədi, Neftçala, İsmayıllı, Bərdə, Xaçmaz, Tərtər, Qazax rayonlarının hər birindən 1 şikayət daxil olub.

Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, texniki avadanlıqlar üçün pul yığılması, direktorların idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib. Yanvar ayında ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı daxil olan müraciətlərin 19-da şikayət və nöqsanlardan bəhs edilir.

Onlardan da 9-u dövlət, 6-sı özəl ali, 4-ü isə orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti