...

Azərbaycanda vergidən yayınan qəzet təsisçisinin cinayət işinin istintaqı məhkəməyə göndərilib

Cəmiyyət Materials 1 Mart 2013 18:54 (UTC +04:00)
Külli miqdarda vergini ödəməkdən yayınan “Gündəm xəbər” qəzetinin təsisçisinin cinayət işinin istintaq tamamlanıb.
Azərbaycanda vergidən yayınan qəzet təsisçisinin cinayət işinin istintaqı məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Külli miqdarda vergini ödəməkdən yayınan "Gündəm xəbər" qəzetinin təsisçisinin cinayət işinin istintaq tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri olan cinayət işinin istintaqı aparılıb.

İstintaqla müəyyən edilib ki, qəzetin təsisçisi Şirin Cəfəri vergi ödəyicisi kimi qəzetin nəşri və satışını həyata keçirərkən vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etməli və vergi öhdəliklərini yerinə yetirməli olduğu halda, həmin tələbləri pozaraq 2009-2011-ci illər üçün sadələşdirilmiş vergi 3.316 manat olduğu halda, həmin dövr üçün vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə yalan məlumatlar daxil edərək sadələşdirilmiş vergini 82 manat, yəni 3.234 manat az göstərib.

Bundan başqa, 2009-cu ildə gəlir vergisi 25 min 900 manat, 2010-cu ildə isə 42 min 344 manat olmaqla, cəmi 68 min 244 manat olmasına baxmayaraq, həmin illərdə gəlir vergisi ilə bağlı vergi orqanlarına bəyannamə təqdim etməyib və beləliklə, ümumilikdə 71 min 478 manat məbləğində külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti