...

Azərbaycanda sığınacaq axtaran şəxslərın sayı açıqlandı

Cəmiyyət Materials 5 Mart 2013 12:21 (UTC +04:00)
Ötən ilin dekabrın sonuna olan məlumata əsasən, Azərbaycanda 1575 nəfər qaçqın və sığınacaq axtaran şəxslər var. Trend-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) sahə məsələləri üzrə baş məsləhətçisi Elsever Ağayev bu gün jurnalstlər üçün keçirilən məlumatlandırıcı sessiyada deyib.
Azərbaycanda sığınacaq axtaran şəxslərın sayı açıqlandı

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir İ.İsabalayeva /

Ötən ilin dekabrın sonuna olan məlumata əsasən, Azərbaycanda 1575 nəfər qaçqın və sığınacaq axtaran şəxslər var. Trend-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) sahə məsələləri üzrə baş məsləhətçisi Elsever Ağayev bu gün jurnalstlər üçün keçirlən məlumatlandırıcı sessiyada deyib.

Onun sözlərinə görə, qaçqın və sığınacaq axtaran şəxslərin coxu, yəni 49 faizi çeçenlərdir.
Ağayev deyib ki, vaxtilə belə çeçenlərin sayı 11 min nəfər olduğu halda, indi onların sayı azalıb. Hazırda qaçqın və sığınacaq axtaran şəxslərin 41 faizi əfqanlar, 6 faizi iranlılardır. Qacqın və sığınacaq axtaran şəxslərin 4 faizi isə digər - İraq, Afrika ölkələri, Gürcüstan, Ermənistan və s.dövlətlərdəndir.

Ağayev deyib ki, qaçqın və sığınacaq axtaran şəxslərə BMT QAK tərəfindən bır sıra yardımlar göstərilir. Həmin yardımlar aylıq müavinətin verilməsi, səhiyyə xidmətinin göstərilməsi, ibtidai və orta təhsilə dəstək və s-dir.

QAK nümayəndəsinin sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən, Azərbaycandakı 600 336 nəfər məcburi köçkünün cox hissəsi-31 faizi (186 861 nəfər) Bakıda məskunlaşıb. Aran iqtisadi rayonunda köçkünlərin 23,9 faizi, Yuxarı Qarabağ istisadi rayonunda 20 faizi yaşayır.

Ağayev ötən ilin dekabrın sonuna olan məlumalara əsasən, hazırda Azərbaycan 1600 nəfər vətəndaşlığı olmayan insanların olduğunu da deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti