...

TQDK peşə liseylərinin şagirdlərinə müraciət edib

Cəmiyyət Materials 6 Mart 2013 17:37 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK buraxılış imtahanı verəcək peşə liseylərinin şagirdlərinə müraciət edib.
TQDK peşə liseylərinin şagirdlərinə müraciət edib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanı verəcək peşə liseylərinin şagirdlərinə müraciət edib.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, peşə liseylərində buraxılış imtahanları martın 17-də keçiriləcək. İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılş vərəqələrini yaxın günlərdə "Şagird-Məzun elektron məlumat sistemi"ndəki səhifələrinə daxil olaraq çap edə biləcəklər.

İmtahana gələrkən şagirdlər özləri ilə iki sənəd - şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. 16 yaşı tamam olmayan və şəkilsiz şəxsiyyət vəsiqəsi olan peşə liseylərinin buraxılış siniflərinin şagirdləri imtahanda iştirak edə bilmək üçün təhsil aldıqları liseydən şəkilli arayış almalıdırlar. Əks təqdirdə onlar imtahana buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti