...

Azərbaycanda hemofiliyalı xəstələr üçün təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 14 Mart 2013 13:01 (UTC +04:00)
Azərbaycanda hemofiliyalı xəstələrə əsas həyat mənbəyi olan qanun laxtalanma faktorları konsentrantlarının vena daxilinə vurulmasını öyrətmək üçün təlimlər keçirilir.
Azərbaycanda hemofiliyalı xəstələr üçün təlimlər keçirilir  (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hemofiliyalı xəstələrinin yaşaması üçün vacib sayılan qanun laxtalanma faktorları konsentrantlarının vena daxilinə vurulmasını öyrətmək məqsədilə təlimlər keçirilir. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova cümə axşamı Trend-ə bildirib ki, hazırda Şüvəlanda yerləşən istirahət mərkəzində dincələn hemofiliyalı xəstələrə və onların ailə üzvlərinə təlimlər keçiirlir. Təlim zamanı validyenlərə 12 yaşından yuxarı xəstə uşaqlara venadaxili iynə vurulması öyrədilir.

Hüseynova bildirib ki, belə xəstələrdə qanaxma və qansızmalar baş verdiyi üçün onların venadaxili iynə vurmalarıni bilmələri cox vacibdir. Indiyədək 150 uşaq və 320 valideynə bununla bağlı təlimlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti