...

Əli Həsənov: QHT-lərin qrantların xərclənməsi ilə bağlı illik hesabat verməsi Azərbaycan qanunvericiliyinin tələbidir

Cəmiyyət Materials 15 Mart 2013 20:20 (UTC +04:00)
Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması, “Qrant haqqında” qanunun şəffaf şəkildə həyata keçirilməsi, o cümlədən alınmış qrantların xərclənməsi ilə bağlı illik hesabatların verilməsi Azərbaycan qanunvericiliyinin tələbidir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə günü jurnalistlərə bildirib.
Əli Həsənov: QHT-lərin qrantların xərclənməsi ilə bağlı illik hesabat verməsi Azərbaycan qanunvericiliyinin tələbidir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması, "Qrant haqqında" qanunun şəffaf şəkildə həyata keçirilməsi, o cümlədən alınmış qrantların xərclənməsi ilə bağlı illik hesabatların verilməsi Azərbaycan qanunvericiliyinin tələbidir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə günü jurnalistlərə bildirib.

Həsənov qeyd edib ki, bu tələbi həyata həyata keçirən QHT-lər Azərbaycanda istədikləri qədər qanunlar çərçivəsində fəaliyyət göstərə bilərlər.

"Qanunvericiliyi pozan QHT-lər, hesabat verməyən, aldığı qrantların xərclənməsini cəmiyyətdən gizlədən, o cümlədən qeyri-qanuni formada o qrantları reallaşdıran təşkilatlarla bağlı müvafiq qaydada ölçülər götürüləcək. Prezident Administrasiyasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən bu məsələlər öz müsahibəsində qoyulub və bununla bağlı müvafiq orqanlar araşdırma aparırlar", - PA rəsmisi deyib.

Qeyd edək ki, Prezident Administrasiyasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib ki, hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ancaq qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur. Qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlılığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir. Bu məsələdə şəffaflıq yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti