Azərbaycan, Bakı, 18 mart /Trend/
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımla təbrik edirəm. Novruzu bu il Azərbaycanda qeyd etməkdən böyük məmnunluq duyuram", - Trend-in məlumatına görə, səfirin təbrikində deyilir.
Səfir baharın gəlişini və təbiətin canlanmasını xəbər verən Novruzun azərbaycanlı bacı və qardaşlara, eləcə də Türk dünyasına barış, firavanlıq, xoşbəxtlik, bərəkət gətirməsini diləyib, bu gözəl bayram münasibətilə hamıya cansağlığı və müvəffəqiyyətlər arzu edib.