...

Berezovskinin borcları varislərinə keçə bilər

Cəmiyyət Materials 29 Mart 2013 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Federal Məhkəmə İcraçıları Xidməti (FMİX) bəyan edib ki, ölən Boris Berezovskinin 3,2 milyard rubl (1 ABŞ dolları/30,9962 Rusiya rublu) dəyərində borcu varislərinə keçə bilər.

Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, FMİX-in Moskva əməkdaşları həmin məbləğin alınması ilə məşğuldur.

"Məhkəmə aktı ilə təyin edilən tələb və ya öhdəliklər varisə keçə bilməyəcəyi təqdirdə, məhkəmə tərəfindən icra sənədinin yerinə yetirilməsinin dayandırılması ilə bağlı akt qəbul edilir. Bunun əsasında məhkəmə icraçısı tərəfindən icra istehsalının dayandırılması ilə bağlı qərar çıxarılır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti