...

Azərbaycanda "iPhone" smartfonlarında nömrələrin əks olunması problemi aradan qaldırılıb

Cəmiyyət Materials 30 Mart 2013 11:55 (UTC +04:00)
"iPhone" smartfonlarında daxil olan zənglər və SMS məlumatların prefikslərinin əks olunması ilə bağlı problem tam aradan qaldırılıb.
Azərbaycanda "iPhone" smartfonlarında nömrələrin əks olunması problemi aradan qaldırılıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir H.Vəliyev/

"iPhone" smartfonlarında daxil olan zənglər və SMS məlumatların prefikslərinin əks olunması ilə bağlı problem tam aradan qaldırılıb. Bu barədə şənbə günü Trend-ə "Alma Store" ("Apple" firma mağazalarının Azərbaycandakı rəsmi şəbəkəsi) mağazalar şəbəkəsinin icraçı direktoru Ramin Musayev deyib.

Musayevin sözlərinə görə, bu problemlə "Azercell Telekom" şəbəkəsinin xidmət göstərdiyi "iPhone" smartfonlarının sahibləri üzləşiblər.

"Daxil olan zənglər və qısa mesajların prefiksləri istifadəçilərin telefonlarında iki müxtəlif növdə əks olunurdu. Məsələn, daxil olan zənglərdə təkcə 050 (51) XXX-XX-XX prefiksi, daxil olan SMS-lərdə isə +994 50 (51) XXX-XX-XX prefiksi əks olunurdu. Müvafiq olaraq, zəng edən və qısa mesaj göndərən şəxsin adının əks olunması üçün telefonun yaddaşında iki müxtəlif prefiksli iki nömrəni saxlamaq məcburiyyətində qalınırdı", - Musayev qeyd edib.

Hazırda problem tam aradan qaldırılıb və daxil olan zənflər, həmçinin SMS məlumatlarda beynəlxalq formatda vahid prefiks +994 50 (51) XXX-XX-XX əks olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti