...

Baş Prokurorluq Azad Fikir Universitetinin fəaliyyətinin dayandırılmasını təkzib etdi

Cəmiyyət Materials 11 Aprel 2013 17:28 (UTC +04:00)
Kütləvi informasiya vasitələrində Baş Prokurorluq tərəfindən Azad Fikir Universitetinin fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.
Baş Prokurorluq Azad Fikir Universitetinin fəaliyyətinin dayandırılmasını təkzib etdi

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Kütləvi informasiya vasitələrində Baş Prokurorluq tərəfindən Azad Fikir Universitetinin fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur. Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda deyilir.

Belə ki, "Nida" gənclər təşkilatının üzvləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə həmin təşkilatın fəaliyyətində qanunsuzluqların aşkar edilməsi, eyni zamanda, həmin qurumun və "Ol" təşkilatının təsisçilərinin eyni şəxslər olması aşkar edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, "Ol" təşkilatı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyib, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət qurumlarına lazımi hesabatlar təqdim etməyib və fəaliyyət göstərdiyi müddət ərzində xarici ölkə təşkilatlarından qanunsuz vəsaitlər alıb.

Həmin təşkilatın fəaliyyətinin qanuniliyi, xarici təşklatlardan aldıqları külli miqdarda vəsaitlərin hansı məqsədlərə xərclənməsi və digər xüsusatların araşdırılması üçün Baş Prokurorluğun əməkdaşları tərəfindən müvafiq məhkəmə qərarları əsasında qurumun yerləşdiyi Bakı şəhəri, S.Vurğun küçəsi, 34 ünvanında sahəsi 227 kvadratmetr olan 6 saylı mənzildən təşkilatın fəaliyyətinə dair materiallar və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər götürülərək vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin məhkəmənin qərarı əsasında Maliyyə Nazirliyi tərəfindən yoxlanılması təşkil edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti