...

Fizuli Ələkbərov şimal bölgəsində vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2013 14:58 (UTC +04:00)
Aprelin 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edib. Bu barədə cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumatda deyilir.
Fizuli Ələkbərov şimal bölgəsində vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Aprelin 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edib. Bu barədə cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumatda deyilir.

Şabran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin akt zalında keçirilən qəbul zamanı bölgədə yerləşən rayonların (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) ümumilikdə 100 nəfərdən çox sakininin müraciətləri dinlənilib. Müraciətlərdə nazirliyin fəaliyyət sahələri ilə bağlı qaldırılan məsələlər qurumun müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb.

Müraciətlərin bir qismi elə yerindəcə həllini tapıb. Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özündəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.

Həmçinin "Açıq qapı" şəraitində vətəndaşlar qəbul olunaraq müraciətləri dinlənilib və vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan sahələrlə bağlı qaldırdıqları məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Şabran rayonunda keçirilən qəbul haqqında öncədən KİV-də məlumatın yayılması və müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Qeyd edək ki, ötən il və cari ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə, ümumilikdə 20 dəfə vətəndaş qəbulu həyata keçirilib, 600 nəfərdən çox vətəndaş qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti