...

Baş nazir: Türkiyədə aztəminatlı əsgər analarına təqaüd veriləcək

Cəmiyyət Materials 16 Aprel 2013 15:43 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı aztəminatlı əsgər analarına aylıq təqaüd veriləcəyini bildirib.
Baş nazir: Türkiyədə aztəminatlı əsgər analarına təqaüd veriləcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı aztəminatlı əsgər analarına aylıq təqaüd veriləcəyini bildirib. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

"1942-ci ildə Türkiyədə oğlu hərbi xidmətlə olan aztəminatlı ailələrə yardım edilməsi haqqında qanun qəbul edilmişdi. Lakin təəssüf olsun ki, bu qanun tətbiq edilmirdi", - Ərdoğan deyib.

O, qeyd edib ki, oğlu hərbi xidmətdə olan aztəminatlı analara hər ay 250 türk lirəsi veriləcək, bununla yanaşı, yerli bələdiyyələr də yardım kampaniyalarına cəlb ediləcək.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 2013-cü ilə olan rəsmi açıqlamasına görə, orduda şəxsi heyətin sayı 678 617 nəfərdir. Bunlardan 347-si general və admiraldır. Quru, dəniz və hava qüvvələrində 313, jandarmeriyada 33, Sahil Təhlükəsizlik Komandanlığında isə 1 general xidmət edir.

Quru, dəniz və hava qüvvələri komandanlıqlarında çalışanların 48 077 nəfəri, Jandarm Komandanlığında şəxsi heyətin 3587 nəfəri, Sahil Təhlükəsizlik Komandanlığı əməkdaşlarının isə 860 nəfəri mülki məmur və işçidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti