...

İnterpol iki azərbaycanlı barəsində axtarış elan edib, onlardan biri terrorçuluqda ittiham edilir (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2013 13:35 (UTC +04:00)
Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol-un xətti ilə daha iki Azərbaycan vətəndaşı barəsində axtarış elan edib. Onlardan biri qadındır.
İnterpol iki azərbaycanlı barəsində axtarış elan edib, onlardan biri terrorçuluqda ittiham edilir (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol-un xətti ilə daha iki Azərbaycan vətəndaşı barəsində axtarış elan edib. Onlardan biri qadındır.

Trend xəbər verir ki, bu barədə İnterpol-un rəsmi internet səhifəsində məlumat yayılıb.

Axtarışa verilənlərdən 58 yaşlı Xalidə Məlikova 1954-cü il oktyabrın 18-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində anadan olub.

Məlikova böyük məbləğdə ziyan vurmaqla dələduzluqda ittiham olunur.

Barəsində axtarış elan edilən 38 yaşlı Müşfiq Bayramov 1974-cü avqustun 29-də Azərbaycanın Füzuli rayonunun Eyvazlı kəndində anadan olub.

Bayramov terrorçuluqda - qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətində iştirak edilməsi, o cümlədən onların hərbi silah-sursat və partlayıcı maddələrlə təchiz edilməsində ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti