...

Nazir Fizuli Ələkbərov bəzi vətəndaşların narazılığının əsaslı olduğunu müəyyən etdi (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2013 13:58 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov Astara, Hacıqabul, Saatlı, Biləsuvar, habelə Bakının Nərimanov, Xətai, Sabunçu, Suraxanı, Xəzər rayonlarından və Sumqayıt şəhərindən olan 30 nəfərədək vətəndaşı qəbul edib.
Nazir Fizuli Ələkbərov bəzi vətəndaşların narazılığının əsaslı olduğunu müəyyən etdi (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov Astara, Hacıqabul, Saatlı, Biləsuvar, habelə Bakının Nərimanov, Xətai, Sabunçu, Suraxanı, Xəzər rayonlarından və Sumqayıt şəhərindən olan 30 nəfərədək vətəndaşı qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşların müraciətləri araşdırılarkən onların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatlılıq səviyyəsinin aşağı olduğu müəyyən edilib. Belə vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı hüquqi izahatlar verilib.

Eyni zamanda, bir sıra vətəndaşların zəruri sənədləri toplayaraq təqdim edə bilməmələrinə görə, onlara ünvanlı yardımın, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən də onların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər ünvanladığı məlum olub.

Müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşlarda haqlı narazılıq yaratdığı müəyyən edilib.

Nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib.

Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti