...

Nizami rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2013 13:48 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi çərçivəsində sakinlərin səyyar tibbi müayinəsi aparılıb.
Nizami rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi çərçivəsində sakinlərin səyyar tibbi müayinəsi aparılıb.

Trend-in məlumatına görə, səyyar ambulatoriya prinsipi ilə təşkil olunmuş tədbirdə əksər profillərdən olan həkim-mütəxəssislər iştirak edib, 200-dək rayon sakini həkim müayinəsindən keçirilib.

Aksiya çərçivəsində sakinlər elektrokardioqrafiya, ultrasəs, flyuoroqrafiya müayinəsindən keçirilib, həmçinin, laboratoriya analizləri aparılıb. Bununla yanaşı, aksiyada iştirak edənlər terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, lor, kardio-revmatoloq, pediatr, cərrah profili həkimlərin qəbulunda olub, müayinə edilib və müvafiq müalicə tədbirləri üçün istiqamətlər verilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva aksiya ilə bağlı fikirlərini bölüşərkən, bildirib ki, rayon təşkilatı bu tədbirlərin keçirilməsini ənənəyə çevirib:

"Bu gün Azərbaycanda səhiyyə sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində tibb infrastrukturu yüksək səviyyədə təmin edilib. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da səhiyyə sektoruna verdiyi əvəzedilməz töhfələr bu sahədə əlverişli mühit formalaşdırıb".

Millət vəkili vurğulayıb ki, bu cür aksiyaların keçirilməsində məqsəd Prezident İlham Əliyevin sağlam cəmiyyət formalaşdırmaq siyasətinə dəstək verməkdir.

O, əlavə edib ki, bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti