...

YAP Gənclər Birliyi yeni layihəyə start verib

Cəmiyyət Materials 30 Aprel 2013 12:26 (UTC +04:00)
Gənclərin teatrlara, kino zallarına mütəmadi gəlişini təşkil etmək, onların bu sahəyə diqqətinin atırılması üçün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi yeni bir layihəyə start verib.
YAP Gənclər Birliyi yeni layihəyə start verib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Gənclərin teatrlara, kino zallarına mütəmadi gəlişini təşkil etmək, onların bu sahəyə diqqətinin atırılması üçün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi yeni bir layihəyə start verib.

Birlikdən Trend-ə verilən məlumata görə, "Mədəniyyətə səyahət" adlı layihə çərçivəsində YAP üzvü olan aktiv gənclərin mütəmadi olaraq kino zallarına, teatrlara, muzeylərə səfərləri təşkil ediləcəkdir.

Layihənin əsas məqsədi gənclərimizin mədəniyyət ocaqlarına diqqətini artırmaqla bərabər, həm də onları muzeylərimizlə bağlı geniş məlumatlandırmaqdan ibarətdir.

Layihə çərçivəsində artıq ilk addım atılıb. Belə ki, YAP Gənclər birliyinin 50 nəfərdən artıq aktiv üzvü 28 aprel tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdirilmiş Üzeyir Hacıbəyovun "Koroğlu" operasına tamaşa edib.

Tamaşa gənclərin ürəyincə olub. YAP Gənclər Birliyinin həyata keçirdiyi bu layihə teatrın rəhbərliyi və əməkdaşları tərəfindən yüksək dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti