...

IDEA quş sığınacaqları Belarusda quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2013 17:37 (UTC +04:00)
IDEA kampaniyası hər il 11-12 may tarixlərində qeyd olunan Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə Belarusun Berezinski Biosfer Qoruğunda quş sığınacaqları quraşdırıb.
IDEA quş sığınacaqları Belarusda quraşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

IDEA kampaniyası hər il 11-12 may tarixlərində qeyd olunan Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə Belarusun Berezinski Biosfer Qoruğunda quş sığınacaqları quraşdırıb.

Adıçəkilən qoruqda ümumilikdə 30-a yaxın quş sığınacağı quraşdırılıb.

Qeyd edək ki, Berezinski Biosfer Qoruğu Belarus və Avropa təbii irsinin ayrılmaz tərkib hissəsini təşkil edir. Qoruq 1925-ci ildə enliyarpaqlı və iynəyarpaqlı meşə ilə örtülü sahənin unikal landşaftının qorunması və bu sahədə baş verən təbii prosesləri öyrənmək üçün yaradılıb.

Qoruğun zəngin flora və faunası var. Belə ki, qoruqda 52 növ məməli, 217 növ quş, 10 növ suda-quruda yaşayan və s. var.

Xatırladaq ki, IDEA quş sığınacaqları daha öncə Bişkek və Moskva şəhərlərində quraşdırılıb.

Qeyd edək ki, IDEA (Ətraf Mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə "Quşlar üçün sığınacaq dizaynı" adı altında müsabiqə elan edib. Müsabiqəyə 100-dən çox eskiz təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti