...

Azərbaycanın işğal olunmuş ərazilərində “yaşıl soyqırım”

Cəmiyyət Materials 3 May 2013 09:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Ekoloqlar həyəcan təbili çalır: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri təhlükə altındadır. Çaylar və göllər çirklənib, ağaclar kəsilib, meşələr yandırılıb, əkin sahələrinə ziyan vurulub.

Bu Azərbaycan və onun təbiətinə olan "yaşıl soyqırım" dır, ekoloqlar belə deyir.

Azərbaycanın təxminən 1.7 milyon hektar ərazisi 1988-1993-cü illər münaqişəsi nəticəsində Ermənistanın işğalı altına düşmüşdür.

Ermənistan işğal etdiyi ərazilər Kiçik Qafqazın dağlıq zonası və Azərbaycanın geniş meşə zolağının yerləşdiyi regionlardır. Təəssüf ki, Azərbaycanın meşə örtüyünün 25 faizi işğal altındadır.

Daha ətraflı AZERNEWS onlayn qəzetinin 3 May çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda həmçinin oxucular Azərbaycan Prezidenti İlham Əliyevin Qobustan rayonuna səfərinin təfərrüatları, Azərbaycanda elektron hökümətdən mobil hökümətə keçidin başlanması, Azərbaycanın gənc vokalisti -Yasin Həsənovun İtaliyada keçirilmiş beynəlxalq San Remo Junior müsabiqəsində Qran-Priyə layiq görülməsi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti