...

"ASAN xidmət"də YARAT!-ın sərgisi nümayiş olunacaq

Cəmiyyət Materials 4 May 2013 19:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və YARAT! Müasir İncəsənət Məkanı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində birgə sərgi təşkil edəcəkdir
"ASAN xidmət"də YARAT!-ın sərgisi nümayiş olunacaq

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və YARAT! Müasir İncəsənət Məkanı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində birgə sərgi təşkil edəcəkdir.

Sərginin açılış mərasimi 06 may 2013-cü il tarixində 1 saylı Bakı "ASAN xidmət" mərkəzində saat 15.00-da keçiriləcəkdir.

Sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sədri İnam Kərmov və YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgidə açılış nitqi ilə çıxış edəcəklər.

Sərgidə Fərid Rəsulov, Faiq Əhməd, Çingiz Babayevin əsərləri "ASAN xidmət" mərkəzinin xidmətlərindən faydalanan geniş əhali kateqoriyasına təqdim olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti