...

TQDK “Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu” mövzusunda konfrans keçirib

Cəmiyyət Materials 7 May 2013 12:33 (UTC +04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu" mövzusunda konfrans keçirilib.
TQDK “Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu” mövzusunda konfrans keçirib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu" mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, TQDK-nın sədr müavini Namiq Babayev bütün ölkədə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu deyib. O, Heydər Əliyevin təhsil, o cümlədən qəbul sisteminin inkişafına xüsusi əhəmiyyət verdiyini söyləyib.

Sonra "Heydər Əliyev və milli qiymətləndirmə sistemimiz " mövzusunda hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra TQDK sədri Məleykə Abbaszadə "Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inikişafında rolu" mövzusunda məruzə ilə çıxış edib.

Heydər Əliyevi böyük tarixi şəxsiyyətlərdən biri olduğunu qeyd edən M. Abbaszadə ulu öndərin təhsil sisteminin inkişafına həmişə diqqət ayırdığını deyib.

TQDK sədrinin sözlərinə görə, Heydər Əliyev 1970-ci illərdə 50 nəfər azərbaycanlını Moskvaya təhsil almağa göndərmişdi. Həmin şəxslərdən biri də o özü olub.

M.Abbaszadə bildirib ki, Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub. Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına, tələbə qəbulu işinə, mütəxəssis hazırlığına mühüm strateji əhəmiyyətli bir istiqamət kimi yanaşır, bu sahəyə diqqət və qayğısını əsirgəmir. Artıq 21 ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu uğurla həyata keçirən TQDK Respublika Prezidentin fərmanından irəli gələn dəyişikliklərlə bağlı öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, buraxılış imtahanlarını da qəbul imtahanları kimi, mərkəzləşdirilmiş qaydada, obyektivliyi, şəffaflığı təmin etməklə keçirmək üçün geniş tədbirlər planı hazırlayaraq həyata keçirir.

Tədbirdə "Heydər Əliyev və milli qiymətləndirmə sistemimiz" adlı kitabın və Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış "Tarix" fənni üzrə dərs vəsaitinin də təqdimatı olub.

Bu kitablatın cox əhəmiyyətli olduğunu deyən M.Abbaszadə Heydər Əliyevin tarixə çox önəm verdiyini söyləyib. O qeyd edib ki, yeni hazırlanmış "Tarix" kitabı dərslik deyil. O, dərs vəsaitidir. M.Abbaszadə yeni kitabda dünya tarixi və Azərbaycan tarixinin yığcam şəkildə verildiyini də əlavə edib.

Onun fikrincə, bu kitab yalnız abituriyentlər üçün deyil, müəllimlər və Azərbaycan vətəndaşları üçün də maraqlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti