...

İnsan haqlarının müjdəçisi

Cəmiyyət Materials 10 May 2013 15:49 (UTC +04:00)
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ümummilli lider, mərhum prezident Heydər Əliyevin siyasi kursunun əsas tərkib hissələrindən biri idi.
İnsan haqlarının müjdəçisi

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ümummilli lider, mərhum prezident Heydər Əliyevin siyasi kursunun əsas tərkib hissələrindən biri idi.

İnsan hüquqlarının yüksək səviyyədə qorunduğu ölkəyə çevrilən Azərbaycan müstəqillik illərində dövlətimizin qazandığı ən böyük nailiyyətdir.

1990-cı illərdən başlayaraq Sovet imperiyasının dağılması nəticəsində milli azadlıq hərəkətları baş qaldırdı və yeni müstəqil dövlətlər meydana gəldi. Azərbaycan da müstəqillik əldə edən bu ölkələrdən biri olmuşdur. Azərbaycanın siyasi və coğrafi mövqeyi dünya sivilizasiyasına inteqrasiya etməyi tələb edirdi. Bu baxımdan biz dünyanın demokratik dəyərlərini mənimsəyib onları dövlət səviyyəsində qəbul etməli idik.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və təsdiq edilməsi ümummilli lider Heydər Əliyevin daha bir qələbəsi idi. 12 noyabr 1995-ci il tarixində qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsünü özündə ehtiva edir ki, bu da sənədin əsas üstünlüyüdür.

Daha ətraflı AZERNEWS onlayn qəzetinin 10 May çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda həmçinin oxucular Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən Gül Bayramı, Azərbaycanın iri şəhərlərində yaxın gələcəkdə metro tikintisinin başlanması, ölkədə malyariyaya qarşı mübarizənin uğurla aparılması və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

Oxucular AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvikdən fiziki məşqlər vasitəsilə çəki almağın qarşısının alınması ilə bağlı məsləhətlər əldə edə bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti