...

Azərbaycan paxlavası Dünya Şirniyyatları Festivalında təqdim olunub (FOTO)

Cəmiyyət Materials 11 May 2013 04:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

Bu gün Kanadanın paytaxtı Ottavada Analar Günü münasibətilə ilk dəfə olaraq Dünya Şirniyyatları Festivalı (Desserts of the World Festival) keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, gələcəkdə hər il keçirilməsi nəzərdə tutulan festival şəhər sakinlərinə dünyanın müxtəlif ölkələrinin məşhur şirniyyatları ilə tanış olmaq imkanı yaradır.

Ottava meri Cim Vatson və Kanada Parlamenti üzvlərinin qatıldığı festivala Azərbaycan səfirliyi də sponsorluq edib. Belə ki, Azərbaycan paxlavası səfirliyin festivala töhfəsi olub və tədbirə gələn qonaqlar Azərbaycan mətbəxinin ləziz nümunəsinin dadına baxmaq imkanını qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti