...

İstirahət günü Azərbaycanın bəzi ərazilərində şimşək caxacaq, yağış yağacaq

Cəmiyyət Materials 11 May 2013 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova şənbə günü Trend-ə bildirib ki, mayın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağma ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində mayın 12-də gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti