...

IDEA quş sığınacaqları Bakının müxtəlif ərazilərində quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 13 May 2013 18:27 (UTC +04:00)
IDEA kampaniyası hər il may ayının 11-12-də qeyd olunan Dünya Köçəri Quşlar Günü münasibətilə Bakı şəhərinin müxtəlif ərazilərində quş sığınacaqları quraşdırıb.
IDEA quş sığınacaqları Bakının müxtəlif ərazilərində quraşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

IDEA kampaniyası hər il may ayının 11-12-də qeyd olunan Dünya Köçəri Quşlar Günü münasibətilə Bakı şəhərinin müxtəlif ərazilərində quş sığınacaqları quraşdırıb.

Kampaniyadan Trend-ə verilən məlumata görə, IDEA quş sığınacaqlarının quraşdırılması müvafiq olaraq İçərişəhər və Azərbaycan Diplomatik Akademiyasının şəhərciyindəki yaşıllıq ərazilərdə həyata keçirilib. Ümumilikdə 30-dan çox quş sığınacağının quraşdırılması baş tutub.

Quş sığınacaqları İçərişəhərdə "İrəli" İctimai Birliyinin fəalları, ADA-nın şəhərciyində isə akademiyanın tələbələrinin iştirakı ilə quraşdırılıb.

Şəhərlərin ekoloji balansının bərpa olunmasında əhəmiyyətli rol oynayan quş sığınacaqlarının quraşdırılması hər il may ayında qeyd olunan Köçəri Quşlar Gününə həsr edilib.

Qeyd edək ki, IDEA quş sığınacaqları daha əvvəl Bişkek, Moskva şəhərlərində və Minsk şəhəri ətrafında quraşdırılmışdı.

Quş sığınacaqlarının Bakı şəhəri ərazisində quraşdırılmasının qarşıdakı günlər ərzində davam etdirilməsi planlaşdırılır.

Bildiyimiz kimi, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Dünya Köçəri Quşlar Günü münasibətilə "Quşlar üçün sığınacaq dizaynı" adı altında müsabiqə elan etmişdi. Müsabiqəyə 100-dən çox eskiz təqdim edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti