...

Sabahdan Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Cəmiyyət Materials 15 May 2013 12:25 (UTC +04:00)
Yaxın 2-3 gün ərzində Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacaq.
Sabahdan Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2-3 gün ərzində Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova çərşənbə günü Trend-ə bildirib ki, mayın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 13-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində mayın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti