...

Müasir metallurgiya texnologiyaları İstanbuldakı sərgidə numayiş olunacaq

Cəmiyyət Materials 15 May 2013 15:03 (UTC +04:00)
Metallurgiya senayesi sahəsində müasir texnologiyalar iyunun 6-9-da İstanbulun Tüyap Sərgi Konfrans və Konqres Mərkəzində keçiriləcək "WIN Metalworking" sərgisində nümayiş olunacaq.
Müasir metallurgiya texnologiyaları İstanbuldakı sərgidə numayiş olunacaq

Azərbaycan, Bakı, 15 may /Trend/

Metallurgiya senayesi sahəsində müasir texnologiyalar iyunun 6-9-da İstanbulun Tüyap Sərgi Konfrans və Konqres Mərkəzində keçiriləcək "WIN Metalworking" sərgisində nümayiş olunacaq.

Emal sənayesində ən son tendensiyaları nümayiş etdirəcək "WIN" sərgisi metalişləmə, qaynaq və səthin emalı seksiyaıarını özundə birləşdirir.

"WIN Metalworking" sərgisinin əsas mövzusu qaynaq və kəsici avadanlıq və maşınlar, qaynaq avtomatika sistemləri, qaynaq və doldurucu materiallar və qaynaq xidmətləridir.

Bundan əlavə, sərgidə mətalkəsən və formaverici alətlər - şablon hazırlama, ölçmə və keyfiyyətinin yoxlanması alətləri, həmçinin aksesuar və sənaye xidmətləri nümayiş etdiriləcək.

Sayca uçuncu dəfə keçiriləcək sərginin iştirakçı şirkətləri səthin təmizlənməsi və təmirdən əvvəlki avadanlıqlar, boya və plastik örtük sistemləri, qalvanizasiya sistemləri, xüsusi səth örtüyü texnologiyaları, lak boya və üzlük materiallar, səth texnoloji xidmətləri də sərgidə təqdim edəcək.

Yerli və beynəlxalq şirkətlərin təmsil olunacağı WIN Metalworking sərgisi 23 min kvadrat metrlik bir ərazini əhatə edir. Hazırkı müraciətlərə əsasən, Bolqarıstan, Çin, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Hindistan, İran, İtaliya, Niderland, Sloveniya, Cənubi Koreya, İspaniya, Şri Lanka, Tayvan kimi dövlətlər bu sərgidə iştirak edəcəklər.

Həmçinin qeyd olunmalıdır ki, sərgi Türkiyə İqtisadiyyat Nazirliyi, Sənaye və Ticarət Palatası, müvafiq birlik və qurumlarla six əməkdaşlıq çərçivəsində milli və beynəlxalq səviyyədə təşkil olunur. Bununla əlaqədar olaraq, Azərbaycan, Əlcəzair, Xorvatiya, Misir, Gürcüstan, İran, İraq, İordaniya, Qazaxıstan, Liviya, Mərakeş, Polşa, Rumıniya, Rusiya, Sudan, Tunis, Türkmənistan, Ukrayna və Özbəkistan kimi dövlətlərin alıcı nümayəndə heyətləri sərgidə iştirak etmək üçün dəvət olunublar.

İstanbul Sənaye Palatası satıcı və alıcı qrupları arasında əlaqələndirməni həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti