...

Dünya şöhrətli yazıçının ev muzeyində “Azərbaycan guşəsi” açılıb (FOTO)

Cəmiyyət Materials 16 May 2013 12:30 (UTC +04:00)
Rusiyanın Rostov vilayətində yerləşən Mixail Şoloxovun ev muzeyinə dünya şöhrətli yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada "Azərbaycan guşəsi" açılıb.
Dünya şöhrətli yazıçının ev muzeyində “Azərbaycan guşəsi” açılıb (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın Rostov vilayətində yerləşən Mixail Şoloxovun ev muzeyinə dünya şöhrətli yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada "Azərbaycan guşəsi" açılıb.

Trend-in məlumatına görə, guşə Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan "Azərbaycan guşəsi" adlı layihə çərçivəsində açılıb.

Qeyd edək ki, layihə çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur.

Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy və s. yazıçılar, şairlər daxildir.

Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti