...

Həbsxanalarda amnistiya aktının icrasına başlanılıb

Cəmiyyət Materials 16 May 2013 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində amnistiya aktının icrasına başlanılıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mayın 16-da amnistiya barədə qərar Qızıldaş qəsəbəsindəki 14 saylı cəzaçəkmə müəssisəsində icra edilib. Qərar burada saxlanılan 5 məhkuma şamil edilib və onlar azadlığa buraxılıblar.

Məlumata əsasən, penitensiar müəssisələrdə qərarın icrası davam edəcək.

Qeyd edək ki, "Amnistiya aktı haqqında" qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis amnistiya aktını mayın 7-də qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti