...

9 ballıq seysmik zonada tikilən "Metsamor" 8 ballıq zəlzələyə hesablanıb

Cəmiyyət Materials 17 May 2013 17:17 (UTC +04:00)
Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyası 9 ballıq seysmik zonada tikilsə də, həmin reaktorun seysmik dayanıqlığı 8 ballıq zəlzələyə hesablanıb.
9 ballıq seysmik zonada tikilən "Metsamor" 8 ballıq zəlzələyə hesablanıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyası 9 ballıq seysmik zonada tikilsə də, həmin reaktorun seysmik dayanıqlığı 8 ballıq zəlzələyə hesablanıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, buna görə də həmin ərazidə 9 ballıq zəlzələ baş verərsə, "Metsamor" buna dözməyəcək: "Azərbaycan "Metsamor" AES-in seysmik təhlükəsizliyinin yoxlanılmasını tələb edir. Ancaq bunun həyata keçirilmə ehtimalı sıfıra bərabərdir. Çünki Ermənistan bu yoxlamanın aparılmasını istəmir. Bu reaktorun dağılması ətraf mühitin çirklənməsi deməkdir. Biz də bundan qorxuruq".

Qəribov deyib ki, "Metsamor" SSRİ-nin seysmik zonada tikdiyi ilk reaktordur. Layihələndirmə zamanı reaktorun 25 il istifadə edilməsi nəzərdə tutulsa da, artıq 34 ildir istifadə edilir. Reaktorun istifadə müddətinin daha 10 il uzadılması isə onun 44 il istifadə olunacağı deməkdir.

10 ildən sonra da Ermənistanın bu reaktorun istifadəsini dayandıracağına inanmayan Qəribov bildirib ki, reaktor normal vəziyyətdə işləsə də, əsas narahatlıq onun təbii kataklizmlərin təsirinə davamlılığıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti