...

"Kempinski Badamdar Bakı" və "Milla" şirkəti yeni atmosferdə yeni dondurma dadları təqdim edirlər (FOTO)

Cəmiyyət Materials 20 May 2013 15:47 (UTC +04:00)
Bu ay "Kempinski Badamdar Bakı"da ən əlamətdar hadisə yay terrasının açılışı olub. İndi "Kempinski Badamda Bakı"da açıq havada steyk, yaxud quşqonmazlı salat və s. kimi nəfis yeməklərdən dadmaq olar.
"Kempinski Badamdar Bakı" və "Milla" şirkəti yeni atmosferdə yeni dondurma dadları təqdim edirlər (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Bu ay "Kempinski Badamdar Bakı"da ən əlamətdar hadisə yay terrasının açılışı olub. İndi "Kempinski Badamda Bakı"da açıq havada steyk, yaxud quşqonmazlı salat və s. kimi nəfis yeməklərdən dadmaq olar.

İnteryer Aralıq dənizi üslubunda tərtib olunub: otlar üzərində taxta döşəmə, parusin çətirlər, yüngül hörmə mebel. Terrasın fəxri yaşıllığıdır: bu yaz açılmış minlərlə zanbaq hotelin landşaftını bəzəyir.

"Kempinski Badamdar Bakı" və "Milla" şirkəti yay mövsümünü yeni dondurma çeşidlərinin hotelin yaşıl terrasında dequstasiyası ilə açırlar.

Hotelin baş meneceri Pyer Staçer: "Dondurma - yayın özü ilə gətirdiyi ən böyük sevinclərdən biridir. Odur ki, "Milla" şirkətinin yeni kampaniyasına laqeyd qala bilməzdik, abadlaşdırılmış terrasımızda birgə tədbir həyata keçirmək qərarına gəldik".

Yaxşı qulluq edilmiş qazonun cəlbedici ətri, fəvvarələrin şırıltısı, quşların nəğmələri, gözəl qürub çağı və əlbəttə, "Milla" dondurmalarının, eləcə də bu dondurmalardan hazırlanmış məxsusi kokteyllərin geniş çeşidi gecəyə füsunkarlıq bəxş edirdi. "Kempinski Badamda Bakı"nın yaşıl terrasında toplaşan qonaqlar - jurnalistlər, hotel kompleksinin ofislərinin icarəçiləri və digər maraqlı şəxslər tədbirə sərbəst əhval-ruhiyyə qatdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti