Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb. Artıq vakant vəzifəyə yeni təyinat da olub.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə mayoru Arif Mirzəyev tutduğu vəzifədən azad edilib.
Penitensiar Xidmətin rəisi Mədət Quliyevin digər əmri ilə həmin müəssisənin rəisi vəzifəsinə Elçin Əlicanov təyin edilib.
Qeyd edək ki, Əlicanov bundan əvvəl 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsinin rəis müavini vəzifəsində işləyirdi.