...

Azərbaycanda ilk dəfə “İşıqlı həyat” sosial yönümlü layihəyə start verilib

Cəmiyyət Materials 22 May 2013 12:50 (UTC +04:00)
Cari ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə “Qaranlıqda görün” şuarı altında “İşıqlı həyat” sosial yönümlü layihəyə start verilib.
Azərbaycanda ilk dəfə “İşıqlı həyat” sosial yönümlü layihəyə start verilib

Azərbaycan, Bakı, 22 may /Trend /

Cari ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə "Qaranlıqda görün" şuarı altında "İşıqlı həyat" sosial yönümlü layihəyə start verilib. Bu barədə çərşənbə günü Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat daxil olub.

Layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunmasıdır. Artıq aprel və may ayları ərzində tanınmış incəsənət ustalarının iştirakı ilə orta məktəblərdə, küçə və parklarda bir sıra maarifləndirici tədbirlər keçirilmiş, yeniyetmə və gənclərə Azərbaycan tarixini və milli mədəniyyətini əks etdirən müasir işıq qaytarıcı akssesuarları paylanmışdır.

Layihə çərçivəsində növbəti mərhələdə 24 may 2013-cü il tarixdə saat 22:00-da Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) yol patrul xidməti avtomaşınlarının və motosikletlərinin iştirakı ilə şou, Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə "Hər kəs qaranlıqda görünməlidir" adlı teatr tamaşası və "Eurovision" müsiqi yarışmasının iştirakçıları və qalibləri Eldar Qasımovun, eləcə də Fərid Məmmədovun iştirakı ilə konsert proqramı təşkil ediləcək.

Tədbirin acılışında gənclər və idman naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti