...

Türkiyədə alkoqol satışı məhdudlaşdırıldı

Cəmiyyət Materials 24 May 2013 10:22 (UTC +04:00)
Türkiyə Parlamenti dünən ölkədə alkoqolun satışını məhdudlaşdıran qanun qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hürriyyət" qəzeti xəbər yayıb.
Türkiyədə alkoqol satışı məhdudlaşdırıldı

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir A.Tağıyeva /

Türkiyə Parlamenti dünən ölkədə alkoqolun satışını məhdudlaşdıran qanun qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hürriyyət" qəzeti xəbər yayıb.

Yeni qanuna görə, Türkiyədə axşam saat 22.00-dan səhər saat 6.00-dək spirtli işçilərin satışı qadağan ediləcək. Göstərilən müddət ərzində alkoqol satışına qadağa ölkənin turizm obyektlərində də tətbiq olunacaq.

Qəzetin məlumatına görə, axşam saat 22.00-dan səhər saat 6.00-dək spirtli işçilərin satışı ilə məşğul olan mağaza və müəssisələr beş mindən 200 min lirəyədək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, televiziya ekranlarında da reklan çarxlarının, filmlərin nümayişi zamanı da alkoqollu içkilərin nümayişi qaydalarına dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti