...

Bakıda yağış yağacaq

Cəmiyyət Materials 25 May 2013 12:44 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 26-da Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır.
Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 25 may /Trend/

İstirahət günü Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 26-da Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz isə 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, gecə şimşək çaxacaq, yağış yağacaq.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Mayın 27-28-də isə Bakıda və Azərbaycanın bəzi ərazilərində yağışlı hava şəraiti hökm sürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti