...

Hafiz Paşayev: Azərbaycanda əsrlər boyu müxtəlif millətlər mehriban şəraitdə yaşayırlar

Cəmiyyət Materials 31 May 2013 17:10 (UTC +04:00)
Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır" mövzusunda sessiya keçirilib.
Hafiz Paşayev: Azərbaycanda əsrlər boyu müxtəlif millətlər mehriban şəraitdə yaşayırlar

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır" mövzusunda sessiya keçirilib.

Trend-in məlumatına görə, sessiyada çıxış edən Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev deyib ki, əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinə mənsub insanlar mehriban şəkildə bir yerdə yaşayırlar.

Onun sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif dildə danışan 75 icma var.

Paşayev qeyd edib ki, müsəlman aləmində ilk demokratik dövlət Azərbaycanda yaradılıb, qadınlara seçki hüququ verilib, etnik azlıqlara tolerant münasibət göstərilib: "Buna görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqların nümayəndələri də təmsil olunublar. Bu gün də Azərbaycanda etnik azlıqlara münasibət yüksək səviyyədədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti