...

Bakıda bu il "yol terroru"nun qurbanları açıqlandı

Cəmiyyət Materials 3 İyun 2013 17:28 (UTC +04:00)
2013-cü il yanvarın 1-dən iyunun 1-dək Bakıda 443 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr nəticəsində 133 nəfər ölüb, 513 nəfər xəsarət alıb.
Bakıda bu il "yol terroru"nun qurbanları açıqlandı

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

2013-cü il yanvarın 1-dən iyunun 1-dək Bakıda 443 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr nəticəsində 133 nəfər ölüb, 513 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Ötən ilin analoji dövrü ilə müqayisədə 11 hadisə, 8 ölüm, 12 xəsarət faktı artıb.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bu ilin 5 ayı ərzində yol verilən qanun pozuntularına görə yol polisi əməkdaşları tərəfindən Bakı şəhəri üzrə 275 727 inzibati protokol tərtib edilib:

"Bunlardan 1345-i avtomobilin sərxoş halda idarə edilməsinə, 5621-i işıqforun qırmızı işığında dayanmadığına, 816-sı avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsinə, 111-i avtoxuliqanlığa, 870-i polisin qanuni tələbinin yerinə yetirilməməsinə, 1737-si qəza şəraiti yaratdığına, 25 423-ü sürət həddinin aşılmasına, 2470-i avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsinə, 1242-si ötmə və manevretmə qaydalarının pozulmasına, 17 565-i yolayrıcını keçmə qaydalarının pozulmasına, 5801-i nəqliyyat vasitəsinin icazə verilməyən pərdə və plyonkalı idarə edilməsinə, 1894-ü sərnişindaşıma qaydalarının pozulmasına və digər qanun pozuntularına görə 137 mindən artıq inzibati protokol tərtib edilib".

Bundan əlavə, Əsədov qeyd edib ki, yol hərəkəti qaydalarını pozduğuna görə ilin 5 ayı ərzində 50 501 piyada barəsində də inzitbati qaydada protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti