...

Dahi rus şairi Puşkinin anadan olmasının 214-cü ildönümü Bakıda qeyd edilib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2013 13:27 (UTC +04:00)
Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və "Sodrucestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə tədbir keçirilib.
Dahi rus şairi Puşkinin anadan olmasının 214-cü ildönümü Bakıda qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və "Sodrucestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə tədbir keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, "Sodrucestvo" cəmiyyətinin sədri Tatyana Kərimova belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, Səbail rayonunda, şairin adını daşıyan və ulu öndər Heydər Əliyevin iştirakı ilə abidəsi ucaldılmış bu parkda Aleksandr Sergeyeviç Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolu, onun dünya ədəbiyyatına etdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, rus ədəbiyyatına zəngin töhfələr vermiş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri Azərbaycanın görkəmli şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub və Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Aleksandr Sergeyeviç Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdi.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycanda A.S.Puşkinə, onun ədəbi irsinə olan münasibətdən danışdı, şairin şerlərindən bir parça ifa etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti