...

“MilliKart Group” “LİDER” sisteminin tətbiqini uğurla başa çatdırıb

Cəmiyyət Materials 12 İyun 2013 11:22 (UTC +04:00)
“MilliKart Group” ölkəmizdəki bank kartlarının dərhal doldurulmasını təmin edən Azərbaycanda ilk ödəniş sistemi olan “LİDER” sisteminin tətbiqini uğurla başa çatdırıb.
“MilliKart Group” “LİDER” sisteminin tətbiqini uğurla başa çatdırıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"MilliKart Group" ölkəmizdəki bank kartlarının dərhal doldurulmasını təmin edən, Azərbaycanda ilk ödəniş sistemi olan "LİDER" sisteminin tətbiqini uğurla başa çatdırıb.

"MilliKart Group" Azərbaycandakı bank kartlarına "LİDER" məntəqəsinin olduğu dünyanın istənilən ölkəsindən dərhal pul köçürmələri üzrə unikal layihəni həyata keçirib.

"MilliKart Group", "LİDER" sisteminin və "Dəmirbank"ın üçtərəfli əməkdaşlığı nəticəsində pul vəsaitini "Dəmirbank" tərəfindən emissiya edilən VISA və MasterCard ödəniş sistemlərinin kartlarına köçürmək olar.

Köçürmələr bankların xəzinələrindən həyata keçirilir - "LİDER" sisteminin mövcud olduğu ölkələrdəki üzvləri və pərakəndə şəbəkələri, ödəniş terminalları, "Leomoney" elektron pul kisəsi və alıcının kart hesabına uyğun valyutada həmin hesaba köçürülür. Köçürmənin həyata keçməsi üçün alıcının kart nömrəsinin son 6 rəqəmi və kartın son istifadə tarixi kifayətdir. Azərbaycana ənənəvi pul köçürmələri üzrə tutulan komissiya 1,5% təşkil etdiyi halda, "Dəmirbank"ın kartlarına pul köçürmələrindən tutulan komissiya isə 1% təşkil edir. Ənənəvi bank köçürmələri ilə müqayisədə pul vəsaitinin karta dərhal oturulması bu cür köçürülmədə üstünlük təşkil edir.

"LİDER" pul köçürülmələrini həm "Dəmirbank"ın bütün kartlarından, həm də xüsusi LeaderCard ko-brend kartından almaq olar. "LİDER" sisteminin müştəriləri üçün buraxılan bu yeni kart bir neçə üstünlükləri ilə fərqlənir: komissiya tutulmadan "Dəmirbank"ın bütün bankomatlarından pul vəsaitinin çıxarılması, kartın orta aylıq balansına faizin hesablanması və s. Bu yenilik "LİDER"in müştəriləri üçün banka gəlmədən pul köçürmələrinin rahatlığını və səmərələliyini təmin edəcəkdir.

Xatırlatmaq istərdik ki, MilliKart Group regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. "MilliKart Group" tərəfindən göstərilən əsas xidmətlər ödəniş kartlarının personalizasiyası, kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər avadanlıqların fəaliyyətinin təmin olunması, PİN-zərflərin çapı, kart ödənişlərinin bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsi ilə qəbulunun təmin olunması, müştərilərə 7 gün 24 saat ərzində "Call Center" xidmətinin göstərilməsi və digər çoxsaylı xidmətlərdən ibarətdir. Bu fəaliyyətlərlə yanaşı MilliKart informasiya texnologiyaları üzrə məsləhət xidmətləri, tədris proqramları, layihələrin idarə olunması, proqram təminatının hazırlanması və iteqrasiyası kimi sahələrdə aktivlik göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti