...

“Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” monoqrafiyasının təqdimatı keçirilib

Cəmiyyət Materials 12 İyun 2013 12:34 (UTC +04:00)
Milli Olimpiya Komitəsində (MOK) çərşənbə axşamı “Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” (1969-1982, 1993-2003) monoqrafiyasının təqdimatı keçirilib.
“Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” monoqrafiyasının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 12 iyun / Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Milli Olimpiya Komitəsində (MOK) "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri" (1969-1982, 1993-2003) monoqrafiyasının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında çıxış edən MOK vitse-prezidenti Çingiz Hüseynzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın idmanda əldə etdiyi uğurlardakı rolundan bəhs edib. O qeyd edib ki, Azərbaycan idmanının inkişafı, xüsusilə müstəqillik dövrünü əhatə edən dövrdəki inkişaf Heydər Əliyevin adı ilə bağlıdır. Hüseynzadə bildirib ki, 1993-cü ildə ölkədə böhranlı vəziyyətin olmasına baxmayaraq ulu öndər tərəfindən idmana qayğı göstərilib. Hüseynzadə vurğulayıb ki, ümummilli liderin təklifi ilə İlham Əliyevin MOK prezidenti seçilməsi Azərbaycanda idmanın perspektiv inkişafı üçün atılan uğurlu addım olmuşdu: "Bu gün Azərbaycan artıq dünyada qabaqcıl idman ölkəsidir, yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi edir. 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları da buna növbəti sübut olacaq".

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev təqdimat zamanı çıxış edərək bildirib ki, kitabda Heydər Əliyevin Azərbaycan idmanına töhfələrindən bəhs edilir. O qeyd edib ki, Azərbaycan idmançılarının Olimpiya oyunlarındakı uğurları daima Heydər Əliyevin diqqət mərkəzində olub. Əbiyev bildirib ki, ümummilli liderin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün ölkə başçısı, MOK prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, idmançılara göstərilən qayğı gündən-günə artır.

Dilqəm Quliyevin "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri" (1969-1982, 1993-2003) monoqrafiyası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti