...

Fikrət Məmmədov Türkiyənin Baş prokuroru ilə görüşüb

Cəmiyyət Materials 12 İyun 2013 17:56 (UTC +04:00)
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş prokuroru Həsən Ərbilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fikrət Məmmədov Türkiyənin Baş prokuroru ilə görüşüb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş prokuroru Həsən Ərbilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, tarixən qədim köklərə bağlı olan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən nazir dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb, zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin əhəmiyyətini qeyd edib, Baş prokurorun səfərinin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə böyük təkan verəcəyini söyləyib.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi, həmçinin hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat verib, bu sahədə qardaş Türkiyənin dəstəyini təqdir edərək tədris tədbirlərində türk prokurorlarının iştirakını vurğulayıb.

Milli qurtuluş günün 20 illiyi ərəfəsində ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən Həsən Ərbil Azərbaycan və Türk liderlərinin sayəsində iki dövlət arasında qurulmuş münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətləri təqdir edərək səfər zamanı hərtərəfli dinamik tərəqqidən heyran qaldığını vurğulayıb. Qonaq hüquqi sahədə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirib, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin, iki ölkənin Ədliyyə akademiyaları arasında əməkdaşlıq, inzibati ədliyyə, hakimlərin və prokurorların tədrisi, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi və digər maraq kəsb edən məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti