...

Azərbaycandan deportasiya olunanlar 5 ilə qədər ölkəyə daxil ola bilməyəcəklər

Cəmiyyət Materials 13 İyun 2013 13:30 (UTC +04:00)
Azərbaycandan deportasiya olunan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə yenidən buraxılmama müddəti müəyyənləşib.
Azərbaycandan deportasiya olunanlar 5 ilə qədər ölkəyə daxil ola bilməyəcəklər

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycandan deportasiya olunan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə yenidən buraxılmama müddəti müəyyənləşib.

Trend-in məlumatına görə, Milli Məclisin cümə axşamı keçirilən növbədənkənar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə yeni müddəalar əlavə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlini sözlərinə görə, əlavələrdə göstərilir ki, Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlmə hüququ 1 ildən 5 ilədək məhdudlaşdırılır. Mövcud qanunvericiliyə görə isə bu hal yalnız məhkəmələrin çıxardığı qərarlardan asılıdır.

Qeyd edək ki, yeni əlavələrdə Azərbaycanda deportasiya olunanlara ölkədən çıxmaq üçün maksimum müddət 48 saat müəyyənləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti