...

Aİ Azərbaycanla qadınların sosial hüquqlarının əmək bazarında təmin olunması istiqamətində birgə işlər görməyə hazırdır

Cəmiyyət Materials 14 İyun 2013 12:58 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanla hər zaman pensiya, qadınların sosial hüquqlarının əmək bazarında təmin olunması istiqamətində birgə işlər görməyə hazırdır. Trend-in xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils Bakıda keçirilən Azərbaycan Qadınlarının IV Qurultayında çıxışı zamanı deyib.
Aİ Azərbaycanla qadınların sosial hüquqlarının əmək bazarında təmin olunması istiqamətində birgə işlər görməyə hazırdır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Avropa İttifaqı (Aİ) Azərbaycanla hər zaman pensiya, qadınların sosial hüquqlarının əmək bazarında təmin olunması istiqamətində birgə işlər görməyə hazırdır.

Trend-in xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils Bakıda keçirilən Azərbaycan Qadınlarının IV Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda qadınların səlahiyyətlərinin artırılması istiqamətində atılan addımlar doğru yoldadır. Onun sözlərinə görə, Azərbaycan qadını intelekti, bacarığı, potensialı ilə seçilir: "Buna görə də Azərbaycan qadını parlament, dövlət qurumlarından tutmuş biznes sahələrinə kimi bütün aspektlərdə iştirak edə və böyük uğurlar əldə edə bilər. Azərbaycanda bundan sonra da qadın hüquqlarının və sağlamlığının qorunmasına böyük ümid bəsləyirik. Avropa İttifaqı olaraq qadınların gələcəkdə rəhbərlik, siyasi arenada qərarvermə səviyyəsinin daha da artırılmasına böyük dəstək verəcəyik".

Beynəlxalq təşkilatın rəsmisi qeyd edib ki, qadınların hüquqlarının qorunması istiqamətində Avropa İttifaqı dünyanın bir çox təşkilatları ilə yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti