...

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Cəmiyyət Materials 17 İyun 2013 13:19 (UTC +04:00)
Trend-in məlumatına görə, bu münasibətilə bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə bir qrup tibb işçisi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

Trend-in məlumatına görə, bu münasibətilə bu gün səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə bir qrup tibb işçisi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycan Prezidentinin "Azərbaycanda tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında" 2001-ci il iyunun 4-də verdiyi sərəncama əsasən, hər il iyunun 17-si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Daha sonra ölkə rəhbərinin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti