...

Azərbaycan dilindən imtahan verəcək abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

Cəmiyyət Materials 18 İyun 2013 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, abituriyentlər bunun üçün komissiyanın saytındakı müvafiq sistemə daxil olmalı və həmin vərəqəni çap edərək götürməlidirlər.

Rus bölməsinin məzunları üçün "Azərbaycan dili" imtahanı iyunun 23-də keçiriləcək. Mayın 19-da keçirilən imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iyunun 23-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti