Azərbaycan, Bakı, 19 iyun /Trend/
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) Patent ekspertizası şöbəsində ixtiraya dair iddia sənədlərinin ekspertizasını aparmaq üçün vakant vəzifələrin tutulması üçün müsahibə elan edir. Bu barədə Trend-ə SMPDK-dən daxil olan məlumatda deyilir
Müsahibə aşağıdakı sahələr üzrə mütəxəssis vəzifəsinə vakant yerlərin tutulması üçün keçirilir:
1. Üzvi kimya - 1 yer;
2. Kimya texnologiyası - 1 yer;
3. Neft mexanika - 1 yer;
4. Cihazqayırma - 1 yer.
Yalnız yuxarıda sadalanan sahələr üzrə texnoloji proseslərlə, ixtiralarla, innovativ yeniliklərlə tanış olan, kompüter proqramları ilə işləməyi bacaran, 45 yaşadək olan ali təhsilli ixtisaslı şəxslərin sənədləri qəbul olunur. Müsahibədə iştirak etmək istəyənlər ərizə, şəxsiyyəti təsdiq edən sənədin surətini, kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-hal, ali və sonrakı təhsil haqqında sənədin surətini, əmək kitabçasının surətini, 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim etməlidirlər.
Müsahibədə iştirak etmək istəyən şəxslər sənədləri əsli ilə birlikdə Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin ("AzPatent"in) Kadrlar şöbəsinə (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2013-cü il iyunun 24-dən iyulun 26-na kimi həftənin iş günləri saat 14.3-dan 17.30-dək təqdim edə bilər. Daha ətraflı məlumat almaq üçün 449-99-59 (dax: 2-31. Gülşən Ağayeva) nömrəli telefonla müraciət etmək mümkündür.