...

"Chrysler" geri çağirilmiş avtomobillərlə bağli həll yolunu tapdı

Cəmiyyət Materials 24 İyun 2013 12:05 (UTC +04:00)
Chrysler Qrupu ABŞ Dövlət yol təhlükəsizliyi Administrasiyası ilə olan fikir ayrılığında ortaq məxrəcə gəlib.
"Chrysler" geri çağirilmiş avtomobillərlə bağli həll yolunu tapdı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"Chrysler Qrupu" ABŞ Dövlət yol təhlükəsizliyi Administrasiyası ilə olan fikir ayrılığında ortaq məxrəcə gəlib. Amerikanın avtomobil nəhəngi 1993-2004-cü illər istehsalı Jeep Grand Cherokee və 2002-2007-ci illər istehsalı Jeep Liberty modellərini yoxlamağa və lazım gələrsə, aşağı sürətli toqquşmalarda daha dözümlü etmək üçün arxa hissəsindəki qoşqu birləşdiricisini yeniləməyə razılıq verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, söhbət ümumilikdə dünya üzrə 1.56 milyon avtomobildən gedir.

Xatırladaq ki, Dövlət yol təhlükəsizliyi Administrasiyası qeyd edilən illərə məxsus avtomobillərin yanacaq çənlərinin vəziyyətinin arxa toqquşmalar üçün təhlükəli yerləşdiyini iddia etmişdi. Bu iddianı qəbul etməyən Chrysler qrupu müştərilərin narahatlığını nəzərə alıb, könüllü olaraq modelləri yenidən yoxlamadan keçirməyə razı olub.

Yoxlamaya ehtiyacı olan avtomobillərin VİN nömrələri dünya üzrə bütün Chrysler Group təmsilçilərinə göndərilib. Azərbaycanda geri çağırılma siyahısına düşən JEEP modelləri yoxdur. Ölkəmizdə Chrysler Group rəsmi olaraq 2011-ci ildən Chrysler Mərkəz tərəfindən təmsil edilir. Ölkədə rəsmi distribüterin təqdim etmiş olduğu Jeep modelləri 2010-cu ildən sonrakı illərə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti